Qızılağac körfəzində quş populyasiyalarının çoxalmasında baş verən dəyişikliklər öyrənilib
Bakı, 25 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Xəzərin səviyyəsinin dəyişməsinin oturaq quş populyasiyalarının çoxalmasına təsiri üzrə tədqiqatlar davam edir. Tədqiqatlar zamanı Qızılağac körfəzində reproduksiya dövründə 11 dəstə, 21 fəsilə və 29 cinsə aid 41 növ oturaq quş populyasiyası müxtəlif biotoplarda qeydə alınıb, onların çoxalma davranışlarında baş verən dəyişikliklər öyrənilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Qeyd olunub ki, Zoologiya və fiziologiya kafedrasının müdiri dosent Əbülfəz Tağıyev və kafedranın doktorantı Natəvan Kərimova tədqiqat aparıblar. Onların tədqiqatlarının nəticələrini əks etdirən “Xəzər dənizində suyun səviyyəsinin enməsinin Qızılağac körfəzində oturaq quş populyasiyalarının çoxalma davranışına təsiri” adlı məqalə “Web of Science” elmmetrik bazasına daxil olan jurnalda (“Egyptian Journal of Veterinary Sciences”) dərc olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]