Qobu emalatxanasında son bir ilin ən böyük xalçası kəsilib
Bakı, 2 iyul, AZƏRTAC
İyulun 2-də “Azərxalça”nın Qobu emalatxanasında son bir ildə toxunan ən böyük ölçülü xalça kəsilib. Xalçanı beş ay müddətində 4 toxucu xanım toxuyub.
“Azərxalça”nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Quba məktəbinə aid “Pirəbədil” çeşnisi ilə toxunan xalça 24 kvadratmetrdir. Bu, fəaliyyət göstərdiyi müddətdə Qobu emalatxanasında kəsilən dördüncü böyük ölçülü xalçadır.
Xatırladaq ki, böyük kvadratlı (24-25kv.metr) xalçaları toxumaq üçün “Azərxalça”nın hər bir emalatxanasında 2 böyük ölçülü xalça dəzgahı mövcuddur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
- 15.10.2026 [13:14]
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi
- 15.10.2026 [12:41]