Rəngkarlıq Muzeyində uşaqlar üçün “Little master” adlı ustad dərsləri keçiriləcək
Bakı, 2 iyul, AZƏRTAC
İyul ayı ərzində XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Little master” adlı ustad dərsləri təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə keçiriləcək dərslərin ilk mövzusu iyulun 3-də Həyat Nəsirovanın iştirakı ilə “Avtoportret” mövzusuna həsr ediləcək. Növbəti dərs iyulun 10-da Anar Şəmsinin iştirakı ilə “Yay fəsli”, 17-də Həyat Nəsirovanın iştirakı ilə “Dulusçuluq”, 24-də Gülarə İsrafilzadənin iştirakı ilə “Səyahət” mövzularına həsr olunacaq. Səkkiz yaşadan yuxarı uşaqların iştirak edə biləcəyi ustad dərslərinin son mövzusu “Okean” olacaq.
İyulun 31-dək davam edəcək dərslərə qeydiyyat çərşənbə axşamı - bazar günü, saat 12:00-dan 20:00-dək aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
- 15.10.2026 [13:14]
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi
- 15.10.2026 [12:41]