“Reuters”: Con Kerri iyulun 16-19-da Çinə səfər edəcək
Bakı, 12 iyul, AZƏRTAC
ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, sabiq dövlət katibi Con Kerri iyulun 16-19-da Çinə səfər edəcək. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Kerri Çinin iqlim dəyişikliyi məsələləri üzrə xüsusi nümayəndəsi Se Çjenxua ilə görüşəcək.
Daha əvvəl Kerri jurnalistlərə Çinə gedə biləcəyini söyləmişdi. O demişdi ki, səfər zamanı metan emissiyalarının azaldılması, Çində kömürdən istifadənin azaldılması, eləcə də meşələrin qırılması ilə bağlı məsələləri müzakirə etmək istərdi.
Xatırladaq ki, iyunun 18-19-da ABŞ Dövlət katibi Antoni Blinken, iyulun 6-9-da maliyyə naziri Janer Yellen Çində səfərdə olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]