Rusiya rublu ucuzlaşmaqda davam edir
Bakı, 10 avqust, AZƏRTAC
Dollar/rubl pariteti 2022-ci ilin martından bəri ilk dəfə 98-i keçib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, həftənin üçüncü ticarət günündə rubl dollar qarşısında təxminən 0,88 faiz ucuzlaşıb, dollar/rubl pariteti isə 98-ə yüksəlib.
Beləliklə, dollar/rubl pariteti 2022-ci il martın 25-dən bəri ilk dəfə olaraq 95-dən yuxarı qalxıb.
Ekspertlər rublun ucuzlaşmasında idxalın artması ilə yanaşı, yay mövsümündə Rusiya vətəndaşlarının tətil üçün xarici valyutaya tələbatının artmasının da təsirli olduğunu vurğulayırlar.
Rusiya Maliyyə Nazirliyi avqustun 3-də verdiyi açıqlamada 2022-ci ilin yanvarından bəri ilk dəfə olaraq daxili bazarda valyuta alışını bərpa edəcəyini açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]