Rusiyaya qarşı sanksiyaları dəstəkləyən serb nazir vəzifəsindən kənarlaşdırılıb
Belqrad, 12 iyul, AZƏRTAC
Serbiya parlamenti bu ölkənin Rusiyaya qarşı sanksiyalar tətbiq etməli olduğunu bildirən iqtisadiyyat naziri Rade Bastanı vəzifəsindən kənarlaşdırıb.
AZƏRTAC xəbər verir ki, parlamentdə keçirilən etimad səsverməsində 149 deputat Rade Bastanın vəzifəsindən azad olunmasını dəstəkləyib, 45 deputat isə bitərəf qalıb. Səsvermədən sonra nazir dövlətin siyasətinə və milli mənafelərə zidd açıqlamalar verməsi səbəbindən vəzifəsindən azad olunub.
Qeyd edək ki, Baş nazir Ana Brnabiç Rusiyaya qarşı münasibəti və may ayında baş verən silahlı hücumlardan sonra “Serbiya zorakılığa qarşı” şüarı ilə təşkil olunan hökumət əleyhinə nümayişlərə dəstək verdiyi üçün R.Bastanın vəzifəsindən uzaqlaşdırılmasını təklif etmişdi.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]