SAATLIDA XOCALI ŞƏHİDLƏRİNİN XATİRƏSİ HÖRMƏT VƏ EHTİRAMLA ANILMIŞDIR
Saatlı, 2 mart (AZƏRTAC). XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 18-ci ildönümü Saatlı rayonunda müxtəlif tədbirlərlə qeyd edilmişdir. İdarə və müəssisələrdə, təhsil və səhiyyə ocaqlarında xatirə gecələri, seminarlar, fotosərgilər, şəhid ailələri ilə görüşlər, inşa yazı müsabiqələri təşkil olunmuş, sənədli filmlər göstərilmişdir. Faciənin ildönümü ərəfəsində Şəhidlər xiyabanı abadlaşdırılmış, burada əlavə ağac və gül kolları əkilmişdir.
Rayon icra hakimiyyətində keçirilmiş ümumrayon tədbirində şəhidləri xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Qurani-Kərimdən surə oxunduqdan sonra çıxış edən natiqlər erməni cəlladlarının qətlə yetirdiyi Xocalı sakinlərinin xatirəsinin əbədi yaşayacağını vurğulamışlar. Bildirmişlər ki, bu hadisə Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qarşı törədilmiş terror aktıdır.
Natiqlər Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi qeyd etmişlər.
Tədbir iştirakçıları Xocalı soyqırımından bəhs edən sənədli filmə, fotosərgiyə və məktəblilərin ifasında ədəbi-bədii kompozisiyaya baxmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]