Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şamaxı Toplantısı və Azərbaycanın beynəlxalq iqlim diplomatiyasına verdiyi mühüm töhfələr TƏHLİL

Şamaxı Toplantısı və Azərbaycanın beynəlxalq iqlim diplomatiyasına verdiyi mühüm töhfələr TƏHLİL

Bakı, 27 iyul, AZƏRTAC

Azərbaycan COP29 Sədrliyindən sonra da beynəlxalq iqlim diplomatiyasında fəal rolunu uğurla davam etdirir. Artıq üçüncü ildir təşkil olunan, dayanıqlı beynəlxalq platformaya çevrilmiş və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində danışıqlar qruplarının sədrlərini, eləcə də bir sıra Tərəf dövlətlərin nümayəndə heyətlərinin rəhbər iqlim danışıqçılarını bir araya gətirən Şamaxı Toplantısı bunun bariz nümunəsidir. Toplantı iqlim danışıqlarının mühüm qeyri-rəsmi platformalarından biri kimi COP prosesinə mühüm töhfə verməkdə davam edir.

AZƏRTAC Şamaxı Toplantısının əhəmiyyəti, iqlim dəyişmələrinin qarşısının alınmasındakı rolu ilə bağlı yazını təqdim edir.

Toplantı iqlim dəyişikliyi sahəsində il ərzində keçirilən nüfuzlu beynəlxalq tədbirlər sırasında özünəməxsus yer tutmağa başlayıb. Belə ki, ənənəvi olaraq illik iqlim diplomatiyası təqvimi Tokioda baş iqlim danışıqçılarının iştirakı ilə keçirilən “Yaponiya-Braziliya Dialoqu” ilə başlayır. Ardınca aprel-may aylarında nazirlər səviyyəsində təşkil olunan “Petersberq İqlim Dialoqu” (Berlin) və “Kopenhagen Nazirlər Görüşü” keçirilir. İyun ayında isə Bonnda UNFCCC-nin Yardımçı Orqanlarının yay sessiyaları baş tutur. Bonn Konfransından dərhal sonra isə adətən Avropa İttifaqı, Çin və Kanadanın birgə təşkil etdiyi “İqlim Fəaliyyəti üzrə Nazirlər Toplantısı” (MOCA) keçirilir. Bu kontekstdə artıq üçüncü ildir keçirilən Şamaxı Toplantısı Bonn sessiyası ilə Pre-COP arasındakı dövrdə iqlim danışıqları təqvimində yaranan boşluğu dolduran mühüm platforma kimi formalaşıb. Toplantının Yardımçı Orqanların yay sessiyasının bitməsindən təxminən bir ay sonra keçirilməsi Bonnda əldə olunan nəticələrin irəli aparılmasına, mövcud fikir ayrılıqlarının konstruktiv və səmimi dialoq vasitəsilə yaxınlaşdırılmasına və tərəflər arasında etimadın möhkəmləndirilməsinə mühüm töhfə verir. Toplantının qeyri-rəsmi formatda və açıq müzakirə mühitində təşkili iştirakçı dövlətlərə mövqelərini daha sərbəst ifadə etmək, qarşılıqlı anlayışı gücləndirmək və mümkün kompromis istiqamətlərini müəyyənləşdirmək imkanı yaradır.

Şamaxı Toplantısının əhəmiyyəti

Bu il Şamaxı Toplantısı iyulun 22–23-də COP31 Sədrliyi (Türkiyə və Avstraliya) ilə əməkdaşlıq çərçivəsində keçirilib. Tədbirdə COP31 Sədrliyi (Türkiyə və Avstraliya), Pre-COP31 və onun liderlər seqmentinə ev sahibliyi edəcək Fici və Tuvalu, COP32-yə sədrlik edəcək Efiopiya, Avropa İttifaqı Şurasına cari sədrlik edən İrlandiya, eləcə də Aİ-yə üzv Almaniya, İtaliya, Çexiya və İsveç, həmçinin Çin, Rusiya, Misir, Pakistan, Keniya, Nigeriya, daxil olmaqla 34 ölkədən və UNFCCC Katibliyindən ümumilikdə 70-dən çox nümayəndə iştirak edib.

Toplantı əvvəlki illərdə olduğu kimi, iqlim danışıqları gündəliyinin əsas istiqamətlərinə, o cümlədən iqlim maliyyəsi, ədalətli keçid, iqlim dəyişmələrinin nəticələrinə uyğunlaşma və istixana qazı emissiyalarının azaldılması məsələlərinə, habelə COP31 Sədrliyinin prioritetlərinə həsr edilib. Bu çərçivədə cari ilin iyun ayında Bonnda keçirilən UNFCCC Yardımçı Orqanlarının 64-cü sessiyasının nəticələri, həmin sessiyada müzakirə olunan əsas məsələlər və onların COP31 çərçivəsində inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Builki Şamaxı Toplantısında COP29, COP30 və COP31 sədrliklərinin həyata keçirdiyi “Belém 1.5 Missiyası” Troika mandatının icrası ilə bağlı müzakirələr aparılıb. Belə ki, COP28-də UNFCCC-yə Tərəf dövlətlər tərəfindən Birləşmiş Ərəb Əmirlikləri (COP28), Azərbaycan (COP29) və Braziliya (COP30) sədrliklərinə Paris Sazişi çərçivəsində milli səviyyədə müəyyən edilən töhfələrin (NDC) hazırlanmasına dəstəyin göstərilməsi məqsədilə “1.5 Missiyasına Doğru Yol Xəritəsi” (Roadmap to Mission 1.5) adlı Troika mandatı həvalə olunub.

Mandatın COP30 çərçivəsində uğurla yekunlaşmasından sonra Tərəf dövlətlər COP29, COP30 və COP31 sədrliklərinə “Belém 1.5 Missiyası” adlı yeni Troika mandatını veriblər. Yeni mandat ölkələrin milli səviyyədə müəyyən edilən töhfələrinin (NDC) və milli uyğunlaşma planlarının (NAP) hazırlanması və həyata keçirilməsinin təşviqinə, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, habelə əldə olunan irəliləyişin qiymətləndirilməsinə yönəlib.

Mandata uyğun olaraq, COP31-dən əvvəl bu istiqamətdə görülən işləri əks etdirən hesabatın hazırlanaraq Tərəf dövlətlərə təqdim edilməsi nəzərdə tutulur. Azərbaycan isə Braziliya, Türkiyə və Avstraliya ilə birlikdə bu mandatın icrası üzrə əməkdaşlığını davam etdirir.

Şamaxı Toplantısı çərçivəsində görülən işlər barədə iştirakçılara ətraflı məlumat verilib, nümayəndələrin rəy və təklifləri dinlənilib, eləcə də hesabatın hazırlanması prosesi və onun mümkün nəticələri ətrafında fikir mübadiləsi aparılıb. Tədbir iştirakçıları isə Şamaxı Toplantısının dayanıqlı beynəlxalq platformaya çevrilməsini yüksək qiymətləndirib və 2027-ci ildə COP32-yə ev sahibliyi edəcək Efiopiya nümayəndə heyəti növbəti ilin iyul ayında Azərbaycanın birgə təşkilatçılığı ilə dördüncü Şamaxı Toplantısının da keçirilməsinə hazır olduqlarını bildiriblər.

Azərbaycanın beynəlxalq iqlim diplomatiyasına töhfələri

Azərbaycan Şamaxı Toplantısını dayanıqlı beynəlxalq platformaya çevirməklə yanaşı, qlobal iqlim diplomatiyasında başqa istiqamətlərdə də fəal rolunu davam etdirir. Bu baxımdan, COP30-da ölkəmizə iqlim gündəliyinin prioritet istiqamətlərinin irəlilədilməsi məqsədilə ikinci dəfə Troika mandatının həvalə edilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir.

COP sədrliyini başa vuran dövlətə yenidən belə mühüm mandatın verilməsi beynəlxalq ictimaiyyətin Azərbaycanın liderliyinə və vasitəçilik potensialına yüksək etimadını bir daha təsdiq edir. Eyni zamanda, COP30 Sədri tərəfindən COP31-in ev sahibi ölkəsinin müəyyən edilməsi ilə bağlı danışıqların aparılması üçün Azərbaycan və Braziliyanın xarici işlər nazirlərinin müavinlərinə xüsusi mandat verilib. Azərbaycan və Braziliya nümayəndələrinin Türkiyə, Avstraliya və Qərbi Avropa və Digərləri Qrupu (WEOG), eləcə də UNFCCC Katibliyi ilə iki həftə ərzində apardıqları intensiv danışıqlar nəticəsində COP31-in ev sahibi ölkəsinin müəyyənləşdirilməsi mümkün olub. Həmçinin COP29-da Azərbaycana və Braziliyaya inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsinin illik ən azı 1,3 trilyon ABŞ dollarına çatdırılması məqsədilə “Bakıdan Beləmə Yol Xəritəsi” (Baku to Belém Roadmap to 1.3T) hazırlanması mandatı verilib. Bu mandat çərçivəsində hər iki sədrliyin birgə hazırladığı yekun hesabatda ilk dəfə olaraq qlobal iqlim maliyyəsinin illik trilyon ABŞ dolları səviyyəsini aşmasına imkan verə biləcək siyasət istiqamətləri və maliyyələşdirmə mexanizmləri sistemli şəkildə təqdim edilib.

COP30-da Yol Xəritəsinin təqdim edilməsindən sonra Azərbaycan və Braziliya onun nəticələrinin təşviqi və tərəf dövlətlərlə dialoqun davam etdirilməsi istiqamətində ortaq fəaliyyətlərini davam etdirirlər. Bundan əlavə, COP30-da Paris Sazişinin Qlobal Qiymətləndirilməsi (Global Stocktake – GST) üzrə üç əsas danışıqlar prosesinin irəlilədilməsi məqsədilə COP30 Sədrliyi tərəfindən Azərbaycan və Norveçə “Nazirlər Cütlüyü” (Ministerial Pair) mandatı həvalə edilib. Bu mandat çərçivəsində Azərbaycan və Norveç bütün danışıqlar qrupları və çoxsaylı Tərəf dövlətlərlə intensiv məsləhətləşmələr aparıb, fikir ayrılıqlarının yaxınlaşdırılmasına və yekun qərarların konsensus əsasında qəbul edilməsinə mühüm töhfə verib.

Azərbaycan bu il UNFCCC-nin ikinci “İqlim Həftəsi”nə ev sahibliyi edəcək

Həmçinin Azərbaycan bu il UNFCCC-nin ikinci “İqlim Həftəsi”nə ev sahibliyi edəcək. Sentyabrın 7–11-də keçiriləcək “İqlim Həftəsi” çərçivəsində UNFCCC Katibliyi, Türkiyə, Avstraliya, Braziliya, eləcə də ev sahibi ölkə kimi Azərbaycan tərəfindən 40-dan artıq tədbirin keçirilməsi planlaşdırılır. İştirakçıların sayı və tədbirlərin miqyasına görə UNFCCC-nin “İqlim Həftəsi” COP və UNFCCC Yardımçı Orqanlarının yay sessiyasından sonra təşkil olunan ən böyük beynəlxalq iqlim tədbirlərindən biri hesab olunur.

Beləliklə, Azərbaycan COP30 Sədrliyi, COP31 Sədrliyi (Türkiyə və Avstraliya) və digər tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində qlobal iqlim gündəliyində duran əsas məsələlərin irəlilədilməsi, yeni Troika mandatının icrası və COP31-in uğurlu nəticələrinin təmin olunması istiqamətində fəal rol oynamaqda davam edir. Bu fəaliyyətlər Azərbaycanın COP29 Sədrliyindən sonra da qlobal iqlim idarəçiliyində etibarlı tərəfdaş, konstruktiv vasitəçi və beynəlxalq iqlim diplomatiyasının aparıcı iştirakçılarından biri kimi mövqeyini daha da möhkəmləndirdiyini nümayiş etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH