Şiri Şiriyev: Türkmənistan da Azərbaycan kimi beynəlxalq nəqliyyat marşrutlarının inkişafında fəal iştirak edir
Bakı, 18 iyun, AZƏRTAC
Əvvəllər neytrallıq izolyasiya kimi qəbul edilirdisə, bu gün aktiv diplomatik mövqeyə çevrilir. Türkmənistan bu yanaşmanı - bitərəfliyi sülh, dialoq və beynəlxalq əməkdaşlıq vasitəsi kimi təbliğ edən bir dövlət kimi açıq şəkildə nümayiş etdirir. Neytral dövlətlər qlobal ayrılığın nəticələrinin aradan qaldırılmasında mühüm rol oynaya bilər.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq mövzusunda simpoziumda çıxışı zamanı Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutu yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyev deyib.
Onun sözlərinə görə, Türkmənistan da qardaş Azərbaycan kimi beynəlxalq nəqliyyat marşrutlarının, o cümlədən Trans-Xəzər marşrutunun, həmçinin "Şimal–Cənub" və "Şərq–Qərb" istiqamətlərinin inkişafında fəal iştirak edir. Türkmənistan Avropa və Asiyanı birləşdirən logistika mərkəzi olmağa çalışır, bununla da iqtisadi və siyasi əlaqələri genişləndirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]