Slovakiyanın ombudsmanı ADA Universitetində tələbələrlə görüşüb
Bakı, 9 aprel, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Slovakiyanın ombudsmanı Robert Dobrovodski ADA Universitetində tələbələrlə görüş keçirib.
Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, görüş zamanı R.Dobrovodski insan hüquq və azadlıqlarının müdafiəsi, Avropa təcrübəsi və beynəlxalq mexanizmlər barədə geniş təqdimatla çıxış edib.
R.Dobrovodski tələbələri maraqlandıran sualları ətraflı cavablandırıb, mövzu ətrafında interaktiv müzakirələr aparılıb.