SOYDAŞLARIMIZA KÖMƏK FONDU YARADILMIŞDIR
Azərbaycanın Özbəkistandakı səfirliyində keçirilən iclasda ölkəmizin Silahlı Qüvvələrinə Yardım Fonduna maliyyə köməyi göstərilməsi məsələsi müzakirə edilmişdir. Əməkdaşların əmək haqqının müəyyən faizinin Silahlı Qüvvələrə Yardım Fonduna, hər ay on dollar vəsaitin Özbəkistanda yaşayan soydaşlarımıza kömək fonduna köçürülməsi qərara alınmışdır.
Səfir Aydın Əzimbəyov AZƏRTAC-a bıldirmişdir ki, bu fond kimsəsiz və tənha azərbaycanlılara yardım etmək, Daşkənddə tikilən mədəniyyət mərkəzində son tamamlama işlərinin başa çatdırılmasına kömək göstərmək məqsədi ilə yardılmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]