Sumqayıtda qadın ərini qətlə yetirib
Bakı, 9 avqust, AZƏRTAC
Avqustun 9-da Sumqayıt şəhərinin Corat qəsəbə sakini 1987-ci il təvəllüdlü Ağahüseyn İmanovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt Şəhər Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, aparılmış araşdırmalarla 1989-cu il təvəllüdlü Əfsanə Məmmədovanın yaşadıqları evdə bıçaqla əri Ağahüseyn İmanova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əfsanə Məmmədova hadisədən sonra könüllü təslim olub.
İbtidai istintaq davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [20:14]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 28.09.2026 [19:24]
Qida ilə təmasda olan mütəxəssislərə qanunvericiliyin tələbləri izah edilib
- 28.09.2026 [18:30]
Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb
- 28.09.2026 [18:27]