Taekvondoçularımız açıq Avstriya çempionatında güclərini sınayacaqlar
Bakı, 31 mart, AZƏRTAC
Aprelin 1-də taekvondo üzrə açıq Avstriya çempionatı start götürəcək. İnsbrukda iki gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.
AZƏRTAC Azərbaycan Taekvondo Federasiyasına istinadla xəbər verir ki, ölkəmiz G1 kateqoriyalı beynəlxalq yarışda böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında 4 idmançı ilə təmsil olunacaq. Yığmamızın üzvlərindən açıq Avstriya çempionatında Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (74 kq), Eltac Qafarov (80 kq) və Taleh Süleymanov (87 kq) güclərini sınayacaqlar.
Qeyd edək ki, bu gün İnsbruka yollanan komandamız aprelin 3-də Bakıya qayıdacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]