TƏBİB-in nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 20 yanvar, AZƏRTAC
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, struktur bölmə rəhbərləri və tabeli tibb müəssisələrinin rəhbər heyətinin iştirakı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət olunub.
TƏBİB-dən AZƏRTAC-a bildirilib ki, Vətənimizin azadlığı uğrunda qəhrəmanlıq göstərmiş şəhidlərimizin müqəddəs ruhları yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.