Teymur Rəcəbov sovet qrossmeysteri Mixail Talı tarixdə ən parlaq dünya çempionu adlandırıb
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycan şahmatçısı Teymur Rəcəbov hansı şahmatçını tarixdə ən parlaq çempion hesab etməsindən danışıb.
AZƏRTAC “championat.com” saytına istinadla xəbər verir ki, o, bu barədə saytın müxbiri Andrey Şitixinə müsahibəsində deyib: “Ən parlaq dünya çempionu Mixail Taldır. İnanılmaz dərəcədə parlaq şahmatçı və insan. O, ən yüksək səviyyədə oynayaraq, son dərəcə taktiki oyun nümayiş etdirib. Bu tərzdə Mixail Botvinnikə qalib gəlmək - olduqca güclü və qeyri-adidir. Əgər bütün tarix ərzində güclü şahmatçılardan danışsaq, o halda Robert Fişeri seçərdim. Əgər mənim sevimli şahmatçılarımdan söhbət gedirsə, bu, Tal, Fişer və Anatoli Karpovdur. Təəssüf ki, Fişer və Karpov öz aralarında oyun keçirməyiblər. Bu, böyük qarşıdurma olardı”.
Xatırladaq ki, Mixail Tal 1960-cı ildə şahmat üzrə səkkizinci dünya çempionu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]