TOVUZDA 31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI İLƏ BAĞLI TƏDBİR KEÇİRİLMİŞDİR
Tovuz, 31 mart (AZƏRTAC). Tovuzda 31 Mart- Azərbaycanlıların soyqırımı günü ilə bağlı rayon ictimaiyyətinin yığıncağı keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov erməni daşnaklarının zaman-zaman xalqımızın başına açdıqları bəlalardan danışmışdır. O, ümummilli liderimiz Heydər Əliyevin xalqın xilaskarı missiyasını öz üzərinə götürdükdən sonra ölkədə ictimai-siyasi sabitliyi təmin etməklə bərabər milli tariximizin araşdırılması istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirdiyini, 1998-ci il 26 mart tarixli Fərmanının bu baxımdan xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Natiq mənfur ermənilərin 1918-ci ilin martında Bakıda, Qubada, Şamaxıda, Naxçıvanda və digər bölgələrdə törətdikləri vəhşiliklərdən danışmış, minlərlə soydaşımızın, o cümlədən uşaq və qadınların qətlə yetirildiyini bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycan torpaqlarını ələ keçirmək üçün xain qonşularımız dəfələrlə fitnə-fəsad törətmiş və nəticədə Azərbaycan xalqı erməni daşnakları tərəfindən öz döğma torpaqlarından didərgin salınmışlar.
Tədbirin sonunda yığıncaq iştirakçıları «Keçmişimizi unutmayaq» adlı ədəbi-bədii kompozisiyaya baxmışlar.
31 mart Azərbaycanlıların soyqırımı ilə bağlı rayonun bütün yaşayış məntəqələrində silsilə tədbirlər keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]