“Turan Tovuz”un kapitanı Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib
Bakı, 25 sentyabr, AZƏRTAC
“Turan Tovuz” klubunun kapitanı Şəhriyar Əliyev Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, futbolçunun yubileyi Premyer Liqanın VII turuna təsadüf edib. 31 yaşlı müdafiəçi “Sumqayıt”la səfər oyununda (0:0) meydana çıxıb.
Təcrübəli oyunçu 250 matçda 11 qol vurub.
Qeyd edək ki, o, ölkə çempionatları tarixində 250 və daha çox oyun keçirən 71-ci futbolçudur. Premyer Liqada 2011/2012-ci illər mövsümündə “Bakı”nın heyətində debüt edən Ş. Əliyev indiyədək 6 klubda forma geyinib. Paytaxtın eyniadlı komandasında 54, “Qarabağ”da 2, “Kəpəz”də 76 (iki qol), “Sumqayıt”da 34 (üç qol), “Şamaxı”da 45 (iki qol) matça çıxan futbolçu indiki klubunda 39 oyunda (dörd qol) forma geyinib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]
Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb
- 09.06.2026 [16:35]
“Turan Tovuz” kapitanı ilə vidalaşıb
- 09.06.2026 [16:19]
Azərbaycanı güləş üzrə dünya çempionatında iki hakim təmsil edəcək
- 09.06.2026 [15:58]