“Turizm sahəsində kadr hazırlığı: nailiyyətlər, problemlər və əsas vəzifələr” mövzusunda müşavirə keçiriləcəkdir
Bakı, 10 iyul (AZƏRTAC). Milli iqtisadiyyatımızın qeyri-neft sektorunun strateji istiqaməti sayılan turizm sahəsinin inkişafı buraya cəlb olunmuş kadrların hazırlıq və peşəkarlıq səviyyəsindən asılı olduğundan Mədəniyyət və Turizm Nazirliyi turizm sənayesi üçün rəqabətə dözümlü mütəxəssislərin hazırlanması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.
Mövcud istiqamətdə görülmüş işlərin, habelə problemlərin müzakirəsi və sahəyə ölkə ictimaiyyətinin diqqətinin artırılması məqsədi ilə iyulun 12-də Bakı Turizm Peşə Məktəbində “Turizm sahəsində kadr hazırlığı: nailiyyətlər, problemlər və əsas vəzifələr” mövzusunda müşavirə keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müşavirədə rəsmi dövlət qurumları ilə yanaşı, bir sıra təhsil müəssisələrinin nümayəndələri də iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]