Turizm sahəsində xidmət səviyyəsinin yüksəldilməsi üçün müvafiq işlər görülür
Bakı, 11 iyul (AZƏRTAC). Azərbaycanda turizm sahəsində xidmətin səviyyəsinin yüksəldilməsi üçün xüsusi ixtisaslaşmış kadrlara ehtiyac vardır və hazırda bu istiqamətdə iş aparılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdir.
Nazir bildirmişdir ki, ötən il Azərbaycanda 42 otel açılmışdır. Bu qədər otel daxilində çalışacaq işçilərin eyni vaxtda təkmilləşdirilməsi mümkünsüzdür. Azərbaycanda turizm sahəsi üçün ixtisaslı kadrlar hazırlayan müvafiq məktəblərin 500 məzunu artıq növbəti ildən mətbəx, xidmət, servis, bələdçilik və digər sahələrdə fəaliyyətə başlayacaqdır. Yalnız bu yolla xidmət səviyyəsində inkişafa nail olmaq mümkündür. Hər bir müəssisə keyfiyyətli xidmətlərin təqdimatında maraqlı olmalı, rəqabət yarıtmaz xidmətləri sıradan çıxarmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]