Turizm Təlim Mərkəzinin təşkil etdiyi kurslarda 42 nəfər təhsil alır
Bakı, 18 iyul (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunda (ATİ) ali turizm təhsili ilə bərabər, bacarıqlı xidmət personalının hazırlanması məqsədi ilə 2008-ci ildə Turizm Təlim Mərkəzi yaradılmışdır.
Bu barədə AZƏRTAC-a məlumat verən ATİ-nin rektoru Cəfər Cəfərov demişdir ki, ötən müddətdə mərkəz tərəfindən Bakı ilə yanaşı, turizm potensialının yüksək olduğu bölgələrdə (Lənkəran, Quba, Şəki və Xaçmaz) də müvafiq kurslar təşkil olunmuşdur. İndiyədək bu kurslarda bələdçi, turoperator, turagent və digər peşə istiqamətləri üzrə təlimlər təşkil olunmuşdur.
Rektor vurğulamışdır ki, artıq bu kursları 49 nəfər bitirmiş, 42 nəfər isə hazırda təhsilini davam etdirməkdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]