TÜRKİYƏ CÜMHURİYYƏTİNİN 81 İLLİYİ MÜNASİBƏTİLƏ MƏRASİM KEÇİRİLMİŞDİR
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənmişdir.
Universitetin rektor əvəzi, professor Telman Hüseynov çıxış edərək, əlamətdar gün münasibətilə tədbirin iştirakçılarını təbrik etmiş və türk dünyası işlətmə fakültəsində yaradılmış müasir tədris şəraitindən söhbət açmışdır. O, xalqımızın ümummilli lideri, türk dünyasının böyük oğlu Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsini əsas tutaraq ölkələrimiz arasında sarsılmaz qardaşlıq münasibətlərindən danışmışdır.
Türk dünyası işlətmə fakültəsinin dekanı, professor Alparslan Peker bayram münasibətilə xoş arzularını bildirmiş, ölkələrimiz arasındakı təhsil əlaqələrinin əhəmiyyətini vurğulamışdır.
Professor Ramazan Daşdurmaz “Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətinin qurucusudur” mövzusunda məruzə ilə çıxış etmişdir.
Türkiyənin ölkəmizdəki səfirinin birinci müavini Suat Akgün Türkiyə və Azərbaycanın mehriban dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf edəcəyinə əmin olduğunu söyləmişdir.
Sonra tələbələr maraqlı konsert proqramı ilə çıxış etmişlər.