Türkiyə Prezidenti ölkəsinin Pakistanla həmrəy olduğunu bildirib
Ankara, 8 may, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığında Hindistanın Pakistan ərazisinə endirdiyi zərbələrdən sonra artan gərginliyi müzakirə edib.
AZƏRTAC xəbər verir ki, Türkiyə dövlətinin başçısı İslamabadla həmrəy olduğunu, habelə həlak olan pakistanlıların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmasını diləyib.
Türkiyə Prezidenti Pakistanın balanslaşdırılmış siyasətini dəstəklədiyini bildirib, İslamabadın Cammu və Kəşmirdəki terror aktı ilə bağlı şəffaf və obyektiv beynəlxalq araşdırmanın aparılması təşəbbüsünü vaxtında edilmiş adlandırıb.
Ərdoğan Ankaranın Cənubi Asiyada gərginliyin qarşısının alınmasına mümkün töhfə verməyə hazır olduğunu vurğulayıb, Türkiyənin bu istiqamətdə diplomatik səylərini davam etdirəcəyinə əminliyini bildirib.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [15:31]
Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib
- 01.10.2026 [15:29]
Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma
- 01.10.2026 [14:46]
Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb
- 01.10.2026 [14:35]
İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib
- 01.10.2026 [14:33]