Türkiyənin naziri İran qazının tədarükü ilə əlaqədar fasilələrin olmadığını bildirib
Ankara, 17 iyun, AZƏRTAC
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İran və İsrail arasında gərginlik fonunda İrandan qaz tədarükündə heç bir fasilənin olmadığını bildirib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Energetika Nazirliyinin rəhbəri jurnalistlərlə söhbətində xatırladıb ki, Ankara 2019-cu ildən bəri İrandan neft almır və bu gün söhbət yalnız təbii qaz idxalından gedir.
Onun sözlərinə görə, regionda eskalasiya ilə əlaqədar Türkiyə iqtisadiyyatına təsir edən əsas mənfi amil enerji qiymətlərinin qlobal artımıdır.
“Bir barelinin qiymətinin 60 dollar olduğu neft bu gün 76 dollara qədər bahalaşıb. Oxşar vəziyyət qaz bazarı ilə də bağlıdır. Enerjidaşıyıcılarının alınmasına gəlincə, bu məsələdə heç bir problem yoxdur”, - deyə Bayraktar bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]