TÜRKMƏNİSTAN – AZƏRBAYCAN DANIŞIQLARI XƏZƏR DƏNİZİNİN DİBİ PROBLEMİNİN HƏLLİNDƏ MÜSBƏT AMİL OLA BİLƏR
Moskvada belə hesab edirlər ki, yanvarın 29-30-da Aşqabadda Türkmənistanla Azərbaycan arasında Xəzər dənizi dibinin bölünməsi probleminə dair danışıqlar bütövlükdə bu problemin həllində müsbət amil ola bilər. AZƏRTAC-ın müxbiri xəbər verir ki, bunu RF Prezidentinin Xəzər dənizi probleminin nizama salınması üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Viktor Kalyujnı bəyan etmişdir.
O demişdir: “Türkmənistanın Xəzər dəniz dibinin orta xətt üzrə bölünməsi məsələsinə dair Azərbaycanla danışıqlara başlaması faktı subut edir ki, bu məsələdə Aşqabadın mövqeyində mühüm irəliləyiş baş vermişdir və sözsüz ki, Xəzər dənizi probleminin bütövlükdə həllinə kömək edəcəkdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]