Ukrayna-Azərbaycan oyununu avstriyalı hakimlər briqadası idarə edəcək
Kiyev, 11 oktyabr, AZƏRTAC
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda yer alan Ukrayna-Azərbaycan oyununu avstriyalı hakimlər briqadası idarə edəcək.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, oyunun baş hakimi Sebastyan Qisxamer olacaq.
Yan hakimlər isə Roland Riedel və Santino Şraynerdir. Dördüncü hakim funksiyası Valter Altmanna, VAR sistemi isə Manuel Şüttengruber və Kristian-Petro Çokirkoya həvalə ediləcək.
Qeyd edək ki, Ukrayna-Azərbaycan oyunu oktyabrın 13-də Polşanın Krakov şəhərində keçiriləcək.
Üç turdan sonra turnir cədvəli belədir: Fransa – 9, Ukrayna – 4, İslandiya – 3, Azərbaycan – 1 xal.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]