UKRAYNADA KEÇİRİLƏCƏK PREZİDENT SEÇKİLƏRİNİ 4 MİNDƏN ÇOX MÜŞAHİDƏÇİ İZLƏYƏCƏK
Oktyabrın 31-də Ukraynada keçiriləcək prezident seçkilərini izləmək üçün Mərkəzi Seçki Komissiyasında 4 mindən çox müşahidəçi qeydə alınmışdır. AZƏRTAC-a bu barədə Ukraynanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqor Kizima məlumat vermişdir.
Müşahidəçilər əsasən ATƏT, Avropa Şurası, MDB, ABŞ Milli Demokratiya İnstitutu və “Azadlıq Evi” (Freedom House) beynəlxalq təşkilatını təmsil edənlərdir.
Xəbər verildiyi kimi, Azərbaycan nümayəndə heyəti də Ukraynadakı seçkiləri müşahidə edəcəkdir. Nümayəndə heyətinə Milli Məclisin deputatları və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri daxildirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]