Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş konqres işə başlayıb

Bakı, 13 aprel, AZƏRTAC

Aprelin 13-də Azərbaycan Tibb Universitetində (ATU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Azərbaycan tibb tələbələri və gənc alimlərinin beynəlxalq konqresi işə başlayıb.

Konqres iştirakçıları əvvəlcə Ulu Öndərin büstü önünə gül dəstələri qoyublar. Azərbaycan Tibb Universitetinin tələbələrinin iştirakı ilə Ulu Öndərə həsr olunan posterlər nümayiş etdirilib.

Konqresin rəsmi hissəsi Dövlət Himinin səsləndirilməsi ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli Ulu Öndər Heydər Əliyevin bütün həyatını doğma xalqına həsr etdiyini, Vətənə, millətə ləyaqətlə, sədaqətlə xidmət etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, istər sovetlər dövründə, istərsə də müstəqillik dönəmində Azərbaycan üçün ən həlledici anlarda məhz Heydər Əliyevin liderlik keyfiyyətləri, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas edib.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə respublikamızda həkim kadrlarının və tibb alimlərinin hazırlığının geniş vüsət aldığını bildirən rektor, bununla yanaşı, həmin dövrlərdə mövcud səhiyyə ocaqlarının abadlaşdırıldığını, yeni tibb müəssisə və mərkəzlərinin açıldığını, elmi-tədqiqat institutlarının fəaliyyətinin xeyli canlandığını da xüsusi vurğulayıb.

“Müstəqilliyimiz bərpa olunduqdan sonra Ulu Öndər Heydər Əliyev iki dəfə Azərbaycan Tibb Universitetində olub. Hər gəlişində tələbələrimizə, professor-müəllim heyətinə, bütövlükdə bütün səhiyyə işçilərinə öz dəyərli tövsiyələrini verib. 2002-ci ildə isə Heydər Əliyevin göstərişi ilə Azərbaycan Tibb Universitetinin ilk klinikası olan Stomatoloji Klinikasının yaradılması haqqında qərar qəbul olunub. Məhz Ümummilli Liderin göstərişi ilə universitetdə hərbi tibb fakültə yaradılıb. Ulu Öndərin səhiyyə sahəsində başlatdığı islahatlar bu gün də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ərzində Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində nəzərəçarpan işlər görülüb, islahatlar aparılıb, tibb müəssisələrinin maddi texniki bazası ciddi dərəcədə möhkəmləndirilib. Son on ildə Azərbaycanda 600-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunub. Bu gün Azərbaycan xalqı Ulu Öndəri sonsuz məhəbbətlə xatırlayır. Beynəlxalq konqres də Ümummilli Liderin əziz xatirəsinə tibb ictimaiyyəti, elm adamları və tələbələrin sonsuz ehtiramının bariz nümunəsidir”, - deyə G.Gəraybəyli qeyd edib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, şərəflə yaşadığı ömrünün təxminən 35 ilini Azərbaycana rəhbərlik edən, müstəqil Azərbaycanın qurucusu olan, əbədiyaşarlıq rəmzinə çevrilən Ulu Öndər elmin, təhsilin, iqtisadiyyatın, eləcə də səhiyyənin, tibb elminin dinamik inkişafının tənzimləyicisi kimi yaddaşlarda həkk olunub: “Ulu Öndər hər zaman tibb işçilərinə böyük qayğı göstərib və çıxışlarında həkimlik peşəsinin öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir iş olduğunu vurğulayıb. Elmi-tədqiqatlar aparmağa qadir tibb personalının hazırlığı da qarşıda bir vəzifə kimi dururdu. Ulu Öndərin elm-təhsil və səhiyyə sahəsində müstəsna xidmətlərindən danışarkən xatırlatmaq lazımdır ki, tibb üzrə xarici mütəxəssis və alimlərin Azərbaycana gəlişi, yerli mütəxəssislərlə əlaqələrin qurulması, tibb elmi və tibb strategiyası ilə əlaqədar davamlı inkişaf strategiyası birmənalı olaraq Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin göstərişi ilə Azərbaycan gəncləri keçmiş ittifaqın qabaqcıl tibb təhsili müəssisələrində və tibb ocaqlarında təhsil aldılar. Həmin şəxslər sonradan səhiyyəmizin inkişafına dəyərli töhfələrini verdilər və verməkdə davam edirlər”.

Naxçıvan Dövlət Universitetinin rektoru dosent Elbrus İsayev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin nəinki ölkə daxilində, respublikamızın hüdudlarından kənarda da böyük coşqu ilə qeyd olunduğunu diqqətə çatdırıb. Bildirib ki, hər bir qurumun qarşısında Ümummilli Liderin ölkəmizə bəxş etdiyi əvəzsiz nemətləri, onun ərmağanlarını həm gənclərə, həm də dünyaya çatdırmaq kimi ciddi vəzifələr durur.

Heydər Əliyevin Naxçıvan Dövlət Universitetinin yaradılmasının, inkişafının, bugünkü səviyyəyə çatmasının birbaşa memarı olduğunu deyən rektor Ulu Öndərin dörd dəfə Naxçıvan Dövlət Universitetində olduğunu, müxtəlif fakültə, korpus, tədris binalarının təməlini qoyduğunu və ali təhsil ocağının inkişafını diqqətdə saxladığını bildirib.

Qeyd olunub ki, Ulu Öndərin ölkəmizdə müxtəlif sahələrin inkişafında, təməlinin möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətləri olub. Onun yaratdığı ənənələr Azərbaycanı bugünkü inkişaf səviyyəsinə qədər çatdırıb.

Türkiyə İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma, Türkiyə Pelvik Ağrı və Endometrioz dərnəyinin rəhbəri, professor Erkut Attar və Özbəkistan Səhiyyə Nazirliyinin nümayəndəsi, professor Nematjon Ergaşev də çıxış edərək, bu mötəbər konqresdə iştiraklarından məmnun qaldıqlarını, burada aparılan təcrübə mübadiləsinin bütün iştirakçılar üçün faydalı olacağını söyləyiblər.

Konqres iş planına uyğun olaraq nəzəri təbabət, cərrahiyyə, ginekologiya, stomatologiya, terapiya, humanitar ictimai və digər bölmələr üzrə işini davam etdirib. Sessiyalarda həm azərbaycanlı, həm də xarici mütəxəssislərin məruzələri dinlənilib.

Qeyd edək ki, konqresdə Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının, o cümlədən Türkiyədən, Özbəkistandan, Qazaxıstandan, Rusiyadan professor-müəllim heyəti, tələbələr iştirak edirlər.

Ən aktual mövzuların müzakirə olunacağı konqresin işinə aprelin 14-də yekun vurulacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib