ÜMUMRESPUBLİKA RƏY SORĞUSUNUN YEKUNLARINA DAİR MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Tədbirdə sorğunu keçirən qeyri –hökumət təşkilatlarının (QHT) rəhbərləri, işçi qrupun əsas üzvləri, tədqiqatın aparılmasında yaxından iştirak etmiş xarici mütəxəssislər və KİV nümayəndələri iştirak etmişlər. Tədqiqatın keçirilməsinin təşəbbüskarı, tanınmış şair, “Söz azadlığının müdafiəsi fondu”nun rəhbəri Musa Yaqub, layihənin əlaqələndiricisi İradə Yaqubova və Siyasi Texnologiyalar Mərkəzinin prezidenti Vəli Əlibəyov çıxış edərək bildirmişlər ki, sorğu bu ilin oktyabr ayının 19-dan 25-dək respublıkanın butun ərazisində, 1500 respondent arasında keçirilmişdir. Sorğunun siyasi məsələlərə aid bölməsinin daha çox maraq doğurduğu qeyd edilmişdir. Belə ki, sorğunun “Prezident seçkilərində kimə səs vermisiniz” sualına respondentlərin 71,4 faizi İlham Əliyevə səs verdiyini, “2003-cü ilin prezident seçkiləri ədalətli keçirilibmi “ sualına işə onların 71,6 faizi “bəli” cavabını vermişdir. Digər maraq doğuran “Prezident seçkisi bu həftə keçirilsəydi, İlham Əliyevə səs verərdinizmi” sualına cavab verənlərin 79,3 faizi “bəli” cavabını vermişdir. Bütün bu cavabların xalqın öz Prezidentinə, onun yeritdiyi siyasi xəttə, özünün gələcəyinə sonsuz inamından irəli gəldiyi, çıxış edənlər tərəfindən xüsusi vürğulanmışdır. Sorğunun nəticələrinin bülleten şəklində çap olunacağı və yayımlanacağı bildirilmişdir.
Tədbirdə iştirak edən xarici ekspertlər sorğunun dəqiq aparıldığını, dünya standartlarına uyğun keçırildiyini təsdiqləmişlər.
Konfransın sonunda mətbuat nümayəndələrinin sualları cavablandırılmışdır.