Universiadanın bürünc medalçısı: Nəticələrimizi daha da yaxşılaşdırmaq üçün bütün gücümüzlə çalışacağıq
Bakı, 10 avqust, AZƏRTAC
Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiada çıxışlarını başa vurmuş Azərbaycan idmançıları avqustun 9-da xüsusi reyslə Bakıya qayıdıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıları doğmaları və media nümayəndələri qarşılayıblar.
Vətənə bürünc medalla dönən taekvondoçu Minayə Əkbərova Universiadanın çox yüksək səviyyədə təşkil olunduğunu, idmançılar üçün hər cür şəraitin yaradıldığını bildirib.
Yarış haqqında fikirlərini bölüşən M.Əkbərova deyib: "Hər bir görüş olduqca çətin və gərgin mübarizə şəraitində keçdi. Mən və komanda yoldaşlarım Vətənimizi layiqli təmsil etməyə çalışdıq. Sevinirəm ki, ölkəmizə medalla qayıda bildik. Gələcəkdə nəticələrimizi daha da yaxşılaşdırmaq üçün var gücümüzlə çalışacağıq".
Xatırladaq ki, iyulun 28-dən avqustun 8-dək keçirilən Ümumdünya Yay Universiadasında Azərbaycanı 16 idman növündə 88 idmançı təmsil edib. Azərbaycan universiadalar tarixində ilk dəfə ən böyük heyətlə təmsil olunub. İdmançılarımız 3-ü gümüş, 6-sı bürünc olmaqla, ümumilikdə 9 medal qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]