Voleybol üzrə Azərbaycan Yüksək Liqasının oyunu təxirə düşüb
Bakı, 21 yanvar, AZƏRTAC
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II turdan təxirə salınan “Neftçi” - “Xarıbülbül” oyunu yanvarın 22-də saat 18:00-da keçirilməli idi.
Azərbaycan Voleybol Federasiyasından (AVF) AZƏRTAC-a bildiriblər ki, “Xarıbülbül” voleybol klubunun rəhbərliyinin federasiyaya ünvanladığı müraciətində komandanın bir neçə üzvünün xəstələnməsi ilə əlaqədar oyunun təxirə salınması xahiş olunub.
AVF rəhbərliyi vəziyyəti nəzərə alaraq yanvarın 22-də saat 18:00-da oynanılması nəzərdə tutulan “Neftçi” - “Xarıbülbül” görüşünü təxirə salıb. Həmin matçın keçiriləcəyi tarixlə bağlı yaxın günlərdə məlumat veriləcək.
Qeyd edək ki, yanvarın 22-də Azərbaycan Voleybol Mərkəzində qadın voleybolçuların Yüksək Liqasında təxirə salınan “Murov” - UNEC matçı baş tutacaq. Görüş saat 16:00-da start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]