Volodimir Zelenski NATO-nun sammitində iştirak etmək üçün Vilnüsə gəlib
Kiyev, 11 iyul, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ilk dəfə olaraq Vilnüsə gəlib. O, Polşa dövlət təyyarəsi ilə Litvanın paytaxtına uçub.
Bu barədə AZƏRTAC “LRT”yə istinadla xəbər verir.
Məlumat verilir ki, Ukraynanın birinci xanımı Yelena Zelenskaya da Vilnüsə gəlib. Jurnalistlərə bu məlumatı prezidentin mətbuat katibi Sergey Nikiforov verib.
Bu gün Vilnüsdə Ukraynanın da iştirak etdiyi NATO-nun üzvü olan ölkələrin sammiti işinə başlayıb.
Kiyev sammitdə Alyansa qoşulmaq üçün dəvət almaq niyyətindədir, eyni zamanda, Ukrayna başa düşür ki, ölkə yalnız müharibə başa çatandan sonra NATO-nun tamhüquqlu üzvü ola bilər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]