XİN başçısının müavini: Azərbaycan və Türkmənistan arasında əlaqələr qarşılıqlı olaraq inkişaf edir
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan və Türkmənistan arasında əlaqələr qarşılıqlı olaraq inkişaf edir, nəqliyyat, logistika sahəsində əməkdaşlığımız genişlənir. Bir neçə gün əvvəl iki ölkə arasında diplomatik münasibətlər qurulmasının 33 illiyini qeyd etmişik. İki ölkənin liderlərinin məqsədyönlü siyasəti nəticəsində əməkdaşlığımız daha da genişlənir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq mövzusunda simpoziumda çıxışı zamanı Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov deyib.
Onun sözlərinə görə, Azərbaycan və Türkmənistan arasında quru sərhəd olmasa da Xəzər dənizi bir körpü rolunu oynayır.
"Bu gün Azərbaycan Avrasiyanın logistika mərkəzinə çevrilib. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı intensiv şəkildə istifadə olunur", - deyə S.Şərifov bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:05]
Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil
- 28.09.2026 [18:19]