Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ ALMANİYADA GENİŞ MİQYASDA QEYD EDİLMİŞDİR

Berlin, 3 mart (AZƏRTAC). Xocalı qətliamının 18-ci ildönümü Almaniyada geniş miqyasda qeyd olunmuşdur.

Azərbaycanın Almaniyadakı səfirliyi Berlin şəhərində Xocalı qətliamının 18-ci ildönümü münasibətilə xatirə gecəsi keçirmişdir. “Dəyirmi masa” formasında təşkil olunmuş xatirə gecəsində Almaniya ictimaiyyətini təmsil edən tanınmış siyasətçilər, elm, mədəniyyət xadimləri, eləcə də Azərbaycan diasporunun təmsilçiləri iştirak etmişlər.

Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş olunmuş, soyqırımı ərəfəsində Azərbaycan və Cənubi Qafqazdakı siyasi vəziyyət xatırlanmış, bu hadisənin törədilməsinin insan hüquqlarının pozulmasının müqayisəedilməz nümunəsi olduğu və belə halların bir daha təkrarlanmamasının zəruriliyi xüsusi vurğulanmışdır. Tədbir iştirakçıları faciənin dəhşətli nəticələrinin dünya ictimaiyyətinə çatdırılması yolları ilə bağlı fikirlərini səsləndirmişlər.

Ölkəmizin Almaniyadakı səfirliyinin dəstəyi və Almaniyadakı Azərbaycanlıları Əlaqələndirmə Mərkəzi (AAKM) və Atatürkçü Düşüncə Dərnəyinin (ADD) birgə təşkilatçılığı ilə Berlində daha bir tədbir keçirilmişdir. “Xocalı qətliamının 18-ci ildönümündə Qafqazda sülhün əldə olunmasında Türkiyə-Azərbaycan əlaqələrinin önəmi və rolu” adlı tədbiri Azərbaycanın Almaniyadakı səfiri P.Şahbazov açmışdır. Xocalı faciəsinin 18-ci ildönümündə faciəni bir daha xatırlamağın ağır olduğunu bildirən səfir bu hadisənin XX əsrdə insanlıq əleyhinə baş vermiş ən ağır cinayətlərin sırasında yer aldığını bildirmişdir. O, indiyədək beynəlxalq ictimaiyyət tərəfindən faciəyə yetərincə diqqət yetirilmədiyini qeyd edərək, onun beynəlxalq səviyyədə layiqincə dəyərləndirilməsinin vacibliyini vurğulamışdır. Səfir bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətinin və xüsusilə də “Xocalıya ədalət” beynəlxalq kompaniyasının yaxın gələcəkdə mühüm nəticələr əldə edəcəyinə inandığını dilə gətirmişdir.

Daha sonra çıxış edən Türkiyənin Almaniyadakı səfiri Əhməd Acet Xocalı faciəsinin türk xalqını da dərindən sarsıtdığını, soyqırımı günahkarlarının hələ də cəzalandırılmamasının böyük ədalətsizlik olduğunu bildirmişdir.

Milli Məclisin deputatı Qənirə Paşayeva Xocalı faciəsinin dünya səviyyəsində tanınmasının əhəmiyyətindən və bu istiqamətdə türk və Azərbaycan diasporunun həyata keçirməli olduğu fəaliyyətdən, eyni zamanda, Türkiyə-Ermənistan yaxınlaşması və bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirindən danışmışdır.

Tədbirdə digər çıxış edənlər - Türkiyə-Azərbaycan münasibətləri üzrə mütəxəssis Fariz Fərzəli, eləcə də Almaniya Bundestaqının sabiq deputatı Hakkı Keskin Xocalı qətliamı barəsində ətraflı söhbət açaraq, faciənin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı fikirlərini bölüşmüşlər.

Azərbaycanın Almaniyadakı səfirliyi Xocalı faciəsinə dair mətbuat bəyanatı ilə çıxış etmiş və bəyanat bu ölkənin rəsmi dairələrinə, o cümlədən Almaniya Bundestaqı, Kansler Aparatı, Xarici İşlər Nazirliyinə, eləcə də burada fəaliyyət göstərən beynəlxalq və qeyri-hökumət təşkilatlarına göndərilmişdir. Bununla yanaşı, AAKM tərəfindən Almaniya dövlət və qeyri-dövlət qurumlarına, Azərbaycanın diaspor təşkilatlarına, Almaniyadakı türk icmalarına, yerli KİV-lərə Xocalı faciəsi bərədə müraciətlər ünvanlanmışdır.

Azərbaycanın Almaniyadakı səfirliyinin yaxından dəstəyi ilə Kasseldə Alman-Azərbaycan Tələbə Gənclər Təşkilatında Xocalı faciəsi ilə bağlı konfransın, habelə Berlindəki Azərbaycan Evi və Alman-Azərbaycan Həmrəylik Cəmiyyətində, Kölndə Alman-Azərbaycan Kültür Cəmiyyətində, Hamburqda Hamburq Alman-Azərbaycan və Azərbaycan Mədəniyyət cəmiyyətlərində, Ştutqartda Azərbaycan Kültür Cəmiyyətində, Drezdendə ALM.AZ Cəmiyyətində, Hannoverdə Xəzər Cəmiyyətində, Leypsiq Tələbələr Birliyində Xocalı faciəsi ilə bağlı anım tədbirləri keçirilmişdir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vəkil: Fransa Yeni Kaledoniyada əlcəzairsayağı sülh istəyir

Şamaxı Rəsədxanasında növbəti ustad dərsi keçirilib

Vatikan Məryəmin heykəli və qan damcıları olan xaçlardan ehtiyatlı olmağı tövsiyə edib

İtaliyalı diktator Mussolini üçün tikilən sığınacaq ziyarətçilərə açılıb

BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibəti ilə tədbir keçirilib

BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb