Xocalı soyqırımı - insanlığa qarşı törədilmiş ən ağır cinayət
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 22-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı törətdikləri faciənin ağır nəticələrindən danışıb.
Qeyd olunub ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Milli Məclis tərəfindən Xocalı hadisələrinə hüquqi-siyasi qiymət verilib. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının fəaliyyətini xüsusi qeyd edib.
Tədbirdə çıxış edənlər Xocalı soyqırımını insanlığa qarşı törədilmiş ən ağır cinayət adlandırıblar.