XOCALI SOYQIRIMI HOLLANDİYANIN ROTTERDAM ŞƏHƏRİNDƏ DƏ QEYD OLUNMUŞDUR
Bakı, 1 mart (AZƏRTAC). “İrəli” İctimai Birliyinin (İB) mətbuat xidmətindən verilən məlumata görə, Xocalı soyqırımının anım günü ilə bağlı Avropanın ən böyük liman şəhəri olan Rotterdam şəhərində silsilə tədbirlər keçirilmişdir. İB-nin dəstəyi ilə keçirilən aksiya şəhər bələdiyyəsinin qarşısında nümayişlə başlamış, sonra 200 nəfərin iştirak etdiyi yürüş şəhərin mərkəzinədək davam etmişdir.
Xocalı soyqırımı ilə bağlı daha ətraflı məlumat vermək və ermənilər tərəfindən törədilmiş ümumbəşəri cinayəti ölkə ictimaiyyətinin nəzərinə çatdırmaq məqsədi ilə Rotterdamda beynəlxalq konfrans da təşkil olunmuşdur. Hollandiya - Azərbaycan Həmrəylik Cəmiyyətinin və İB-nin təşkilatçılığı ilə keçirilən mərasimdə 300-dən çox adam iştirak etmişdir.
Xocalı faciəsi ilə bağlı tədbirlərin keçirilməsinə Hollandiya - Azərbaycan Həmrəylik Cəmiyyətinin sədri Elxan İsazadə və “İrəli” İB-nin Hollandiyadakı təmsilçisi Hafiz Mehdiyev rəhbərlik etmişlər.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]