Yanvarda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 565 vətəndaş müraciət edib
Bakı, 11 fevral, AZƏRTAC
Cari ilin yanvar ayında istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) bilavasitə və Energetika Nazirliyindən 565 müraciət daxil olub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, elektrik enerjisi təchizatı ilə bağlı 43-ü məlumat xarakterli olmaqla 443 müraciət daxil olub. Təbii qaz təchizatı ilə bağlı 8-i məlumat xarakterli olmaqla 94 müraciət edilib.
İstilik təchizatı ilə bağlı cəmi 7 müraciət, digər məsələlərlə bağlı 21 müraciət göndərilib.
201 müraciət agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (9 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 4 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 309 müraciət hazırda baxılma prosesindədir, 51 məlumat xarakterli müraciətdən 21-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]