Yunan-Roma güləşi üzrə Azərbaycan millisi III MDB Oyunlarını 6 medalla başa vurub
Gəncə, 7 oktyabr, AZƏRTAC
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar başa çatıb.
AZƏRTAC xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycanın 6 təmsilçisi fəxri kürsüyə yüksəlib.
Bunlardan Elşad Abbasov (51 kiloqram), Əli Nəzərov (60 kiloqram) və İslam Sultanov (71 kiloqram) qızıl, Yusif Mirzəyev (48 kiloqram) və Nicat Yeylaqaliyev (80 kiloqram) gümüş, Hikmət Haqverdiyev (55 kiloqram) isə bürünc mükafata sahib çıxıb.
Beləliklə, Azərbaycanın yunan-Roma güləşi üzrə yığması Oyunları 6 medalla başa vurub.
Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]