YUNANISTAN OLİMPİADA GÜNLƏRİNDƏ BÜTÜN ŞÜBHƏLİ TƏYYARƏLƏRİ VURACAQ
İctimai asayiş naziri Georgios Vulqarakis 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş hadisələrin təkrar edilməsinin mümkünlüyünü nəzərdə tutaraq bildirmişdir ki, “Yunanıstan səmasına qanunsuz soxulan təyyarə məqsədinə çatmayacaqdır”. O xatırlatmışdır ki, avqustun 13-29-da keçiriləcək Olimpiada zamanı Yunanıstanın hava məkanını qorumaq üçün NATO-nun “Avaks” tipli erkən aşkarlama təyyarələri cəlb ediləcəkdir.
70 minədək polis nəfəri olimpiya obyektlərində və olimpiya kəndində gecə-gündüz keşik çəkəcəkdir. Paytaxtın yaxınlığındakı Saronikos körfəzində gəmilərin hərəkətinə məhdudiyyət qoyulacaqdır.
Beynəlxalq Olimpiya Komitəsi Olimpiada günlərində təhlükəsizliyin təmin edilməsi üçün nəzərdə tutulan tədbirləri yüksək qiymətləndirir. Yunanıstan onların həyata keçirilməsinə təxminən 1 milyard dollar sərf edəcəkdir ki, bu da 2000-ci il Sidney Olimpiadasında belə tədbirlər üçün ayrılmış vəsaitdən, demək olar, dörd dəfə çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]