ORDU
Zakir Həsənovun İordaniyaya rəsmi səfəri davam edir
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniya Haşimilər Krallığına rəsmi səfəri çərçivəsində Kral II Abdullah Xüsusi Əməliyyatların Təlimi Mərkəzində olub.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mərkəzdə Baş direktor polkovnik Nael Alşqirat ilə görüş keçirilib, bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
General-polkovnik Z.Həsənov Kral II Abdullah Xüsusi Əməliyyatların Təlimi Mərkəzi ilə tanış olub. Müdafiə nazirinə mərkəzin əsas fəaliyyət istiqaməti və burada yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib.
Müdafiə naziri daha sonra Kral Hərbi Hava Qüvvələri Komandanlığına gəlib.
General-polkovnik Zakir Həsənov burada İordaniyanın Kral Hərbi Hava Qüvvələri Komandanı general-mayor Məhəmməd Hyasat ilə görüşüb.
Görüşdə hərbi, hərbi təhsil və hərbi texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [12:32]
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür
- 29.04.2024 [19:52]
Ombudsman Aparatının nümayəndələri Baş Klinik Hospitalda olublar
- 29.04.2024 [10:17]
“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib VİDEO
- 28.04.2024 [14:43]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 28.04.2024 [09:26]