Zaqatala məktəbliləri Ulu Öndərin zəngin irsini öyrənirlər
Zaqatala, 13 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Ulu Öndərin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Zaqatala məktəblilərinin rayondakı Heydər Əliyev Mərkəzinə ekskursiyaları davam edir. Əsas məqsəd məktəbliləri dahi şəxsiyyətin zəngin irsi ilə daha yaxından tanış etməkdir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov məlumat verib.
Bildirilib ki, müəllim və şagirdlərin iştirak etdiyi ekskursiyalar zamanı ziyarətçilərə Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı ömür yolu barədə ətraflı məlumat verilir, dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı tarixi xidmətləri bir daha xatırlanır. Məktəblilər Mərkəzin ekspozisiya zalı ilə, Ulu Öndərə dair sənədlər və kitablarla tanış olurlar. Diqqətə çatdırılır ki, dahi rəhbərin bizlərə ərməğan etdiyi müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, ölkəmiz gündən-günə çiçəklənir, dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir.