İDMAN
Məşhur kikboksçu Zabit Səmədov revanş döyüşündə hollandiyalı rəqibini məğlub edib VİDEO
Bakı, 24 avqust, AZƏRTAC
Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznıda tanınmış idmançımız, kikboksçu Zabit Səmədov ilə hollandiyalı Errol Tsimmerman arasında revanş görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun xatirəsinə həsr edilmiş beynəlxalq turnir çərçivəsində təşkil edilən döyüşdə Z.Səmədov “Sümükqıran” ləqəbli rəqibi üzərində qələbə qazanıb.
2008-ci ildə K-1 idmanı üzrə keçirilmiş yarışda hakimlər qələbəni minimal xal üstünlüyü ilə Hollandiya idmançısına vermişdi.
Bu görüşədək aktivində 107 döyüş olan Zabit Səmədov onlardan 97-də qələbə qazanıb, bir qarşılaşmada isə heç-heçə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]