17 AZƏRBAYCANLI BÖYÜK BRİTANİYA UNİVERSİTETLƏRİNDƏ TƏHSİL ALACAQDIR
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın Texnologiya və Menecment Məktəbinin (STM-London) Qafqaz və Orta Asiya üzrə Azərbaycandakı nümayəndəliyi Londonda bakalavr və magistr təhsili almaq üçün hər il proqramlar həyata keçirir. Proqram çərçivəsində keçirilən builki müsabiqələrdə qalib gələn 17 azərbaycanlı Böyük Britaniyanın Şərqi London Universitetində və Sunderland Universitetində biznesin idarəolunması, informasiya texnologiyaları, kompüter sistemlərində mühəndislik ixtisasları üzrə bir və iki illik təhsil alaraq, beynəlxalq səviyyəli magistr və bakalavr diplomu əldə edəcəklər.
Xatırladaq ki, dünyanın 50 ölkəsini əhatə edən və 2002-ci ildən ölkəmizdə həyata keçirilən bu proqram əsasında hazırda 30-a yaxın azərbaycanlı Londonda təhsil alır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]