Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq ekspedisiya Böyük Qafqaz səddində tədqiqat aparır VİDEO

Beynəlxalq ekspedisiya Böyük Qafqaz səddində tədqiqat aparır VİDEO

Balakən, 20 dekabr, AZƏRTAC

Misir ehramları tarix üçün nə qədər əhəmiyyətlidirsə, Böyük Qafqaz səddi də Qafqazın tarixi üçün bir o qədər vacib və əhəmiyyətlidir. Bu fikirlər tarixçi alimlərin Böyük Qafqaz səddi haqqında gəldiyi qənaətdir.

Balakənin Katex kəndi ərazisindən keçən və günümüzə kimi gəlib çatan Böyük Qafqaz səddi hər zaman arxeoloq və tarixçi alimlərin tədqiqat mərkəzində olub. Bu dəfə dünyanın iki məşhur ali təhsil ocağının - Şotlandiyanın Edenburq və İngiltərənin Kembric universitetlərinin alimləri bir araya gələrək, onun tədqiqinə və inşa tarixinin öyrənilməsinə qərar verib.

AZƏRTAC-ın bölgə müxbiri tədqiqatçı mütəxəssislərə istinadən bildirir ki, bu layihənin icrası şimal-qərb bölgəsində tarixi abidələrin öyrənilməsi yolunda yeni mərhələnin başlanğıcına, bölgədə turizmin canlanmasına səbəb olacaq.

Beynəlxalq ekspedisiyanın üzvləri - Şotlandiyanın Edenburq Universitetinin professoru, layihə rəhbəri Eberhart Sauer və İngiltərənin Kembric Universitetinin professoru David Nasxitaşvili artıq bir neçə gündür ki, şimal-qərb bölgəsində tarixi abidələrdə tədqiqat işləri aparırlar. Ekspedisiya üzvlərinə bölgənin tarix-memarlıq abidələrinin öyrənilməsində 30 illik təcrübəsi olan AMEA Şəki Regional Elmi Mərkəzin böyük elmi işçisi Akif Məmmədli kömək edir. Mütəxəssislərin üzərində çalışdığı ən maraqlı iş Böyük Qafqaz səddinin inşasına dair məlumatları dəqiləşdirmək, həmçinin onun uzunluğu haqqında yazılanları müəyyən etməkdən ibarətdir.

Tarixi mənbələrə əsasən, Böyük Qafqaz səddinin inşasına V əsrin sonlarından başlanılıb. Sədd Şəki yaxınlığından başlayır və Gürcüstanın içərilərinə doğru uzanır. Səddin ümumi uzunluğu bəzi mənbələrdə 120, bəzilərində isə daha çox, yəni 160 kilometr göstərilir. Onun qalıqlarının bir hissəsi Balakənin Katex, cüzi hissəsi isə Zaqatalanın Pərzivan ərazisində müşahidə olunur. Deyilənlərə görə, səddin qalıqları Qaxın Güllük kəndində də var.

Beynəlxalq ekspedisiyanın layihə rəhbəri Eberhart Sauerin tədqiqat sahəsinə Roma imperiyası, İranda Sasanilər dövründə müdafiə tikililəri, müdafiə sədlərinin araşdırılması daxildir. Alim Qafqaz regionunda da müdafiə sədlərinin tədqiqini aparır. Bu mənada Azərbaycandan başlayan və Gürcüstana kimi uzanan bu səddin araşdırılması onun tarixinə aydınlıq gətirə bilər. Ekspedisiya üzvləri bununla bağlı Gürcüstanda olub, daha sonra Azərbaycana gəliblər. Layihə rəhbəri səddin qalıqlarına Balakəndə, Zaqatalanın Pərzivan, eləcə də Qaxın Güllük kəndi ərazisində rast gəlindiyini bildirir.

Onun sözlərinə görə, hazırda başlıca məqsəd ərazidən nümunələr götürərək, onları təmsil etdikləri qurumların laboratoriyalarında analiz etməkdən və tarixi abidələrin yaşını müəyyənləşdirməkdən ibarətdir. Növbəti layihədə isə ərazidə arxeoloji qazıntıların aparılması nəzərdə tutulur.

“Gələcəkdə bu məkanlarda aparacağımız arxeoloji qazıntılarla biz Albaniyanın və qonşu İberiyanın şimal sərhədlərinin necə təşkil olunduğunu anlaya biləcəyik. Bu divarların yaşı haqqında müxtəlif fikirlər var. Amma dəqiq məlumat yoxdur. Biz götürdüyümüz analizlərlə onun yaşını müəyyən etməyə çalışacağıq”, - deyən Eberhart Sauer Balakəndə Gərəkli kəndinin yüksək dağlıq ərazisində yerləşən “Pəri qala”da da olduqlarını, bu tarixi məkanın unikal relyef və tikintisinin onlarda heyranlıq doğurduğunu söyləyib. Ekspedisiya üzvlərinin qənaətinə görə, hər tərəfi sıldırım qayalarla əhatə olunan bu qala Qafqaz regionunda nadir abidələrdəndir.

İngiltərənin Kembric Universitetinin professoru David Nasxitaşvili Azərbaycanın tarixi və arxeologiyası barədə məlumatı olan alimlərdəndir. On il əvvəl beynəlxalq ekspedisiya çərçivəsində Azərbaycanda tədqiqat və arxeoloji qazıntılarda iştirak edib. Budəfəki layihəyə gəldikdə isə bildirir ki, onlar səddin qalıqlarına daha çox Azərbaycanda təsadüf edir və bu, başlanğıc üçün çox mühüm və sevindirici xəbərdir. David Nasxitaşvili bildirir ki, layihə çərçivəsində 7 gün Gürcüstanda işlədikdən sonra Azərbaycana gəliblər. “Bu, kiçik ölçülü layihə kimi görünsə də, iştirakçıları yetərincə tanınmış insanlardır. Layihəmizdə Milli Azərbaycan Tarixi Muzeyi ilə yanaşı, Şotlandiyanın Edenburq, İngiltərənin Kembric və Polşanın Poznan universitetləri iştirak edir”, - deyə o vurğulayır.

AMEA-nın Şəki Regional Elmi Mərkəzin böyük elmi işçisi Akif Məmmədli bildirib ki, ekspedisiya üzvlərinin səylərinin nəticə verəcəyini ümidlidir. Çünki tədqiqatçı alim 30 il bu istiqamətdə çalışsa da ilk dəfədir ki, beynəlxalq ekspedisiya tərəfindən ətraflı iş aparılır. Gələcəkdə ərazidə arxeoloji tədqiqatların aparılması üçün zəmin yaranıb.

Beynəlxalq ekspedisiyanın layihə rəhbəri Eberhart Sauerin sözlərinə görə, ilkin tədqiqat və müşahidələr səddin uzunluğundan və onun ciddi tədqiqata ehtiyacı olduğundan xəbər verir. Buradan götürülən ağac kömür və suvaq nümunələri onun inşa tarixini dəqiqləşdirməkdə alimlərə yardımçı olacaq. Tədqiqatçı alimlər səddin inşa tarixini müəyyən edəndən sonra növbəti ekspedisiya təşkil etməyi, Gərəkli ərazisindəki “Pəri qala”da və səddin Katex kəndi ərazisindən keçən hissəsində də arxeoloji qazıntıların aparılmasını nəzərdə tutur.

Beynəlxalq ekspedisiya Böyük Qafqaz səddində tədqiqat aparır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə üzərindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib

Mütəxəssis: Dağ-mədən sənayesinin inkişafı digər sahələrdə əlavə dəyərin formalaşmasına şərait yarada bilər

Həbibə Məmmədova: Müəllimin ən böyük uğuru düşünən və araşdıran insan yetişdirməsidir

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır

Özbəkistan səfiri Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib

Ekspert: Rəqəmsallaşma Orta Dəhlizin tranzit müddətinin qısaldılmasına imkan verəcək

“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində

Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub

“Fənərbağça”nın ulduzu Superliqa oyununu buraxa bilər: Qərar azərbaycanlı hakimin hesabatından asılı olacaq

Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri

Yəməndə husilərə qarşı döyüşlərdə 100 qırıcı təyyarədən istifadə edilib, 324 hədəf vurulub

DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Sabah yağış yağacaq VİDEO

Sabah yağış yağacaq VİDEO

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır

Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur

Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir

Hesabat: Yaxın Şərqdən neft ixracı sentyabrın son həftəsində İran müharibəsindən əvvəlki səviyyəni üstələyib

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

İvan Muşket: Parlamentarizm Azərbaycan tarixinin müxtəlif mərhələlərində cəmiyyətin və dövlətin inkişafına təsir göstərib

Məcnun Məmmədov: Əsas hədəfimiz daha məhsuldar kənd təsərrüfatı sistemi formalaşdırmaqdır

Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb

Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir

Dövlət Xidməti: 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prokurorluq orqanlarına göndərilib

Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

Bu gün Azərbaycanın əsas vəzifələrindən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 oktyabr

Azərbaycan şirkətləri “INNOPROM. Belarus” sərgisində təmsil olunub

Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır

Akademik Arif Həşimov haqqında biblioqrafik göstərici nəşr olunub

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir