"Araz-Naxçıvan" futbol klubunun prezidenti açıqlanıb
Bakı, 12 iyul, AZƏRTAC
2023-2024-cü illər mövsümündə Azərbaycan Premyer Liqasında iştirak edəcək “Araz-Naxçıvan” futbol klubunun ümumi yığıncağı keçirilib.
AZƏRTAC kluba istinadla bildirir ki, toplantıda klubun yeni təsisçiləri - Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (50 faiz) və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası (50 faiz) barədə məlumat verilib.
Eyni zamanda, iclas zamanı klubun yeni prezidenti və Müşahidə Şurasının sədri vəzifələrinə seçkilər keçirilib. İdarə Heyəti və Müşahidə Şurasının tərkibi formalaşdırılıb. Ramin Axundov “Araz-Naxçıvan Peşəkar Futbol Klubu” İctimai Birliyinin prezidenti, Vüqar Abbasov isə Müşahidə Şurasının sədri seçiliblər.
Qeyd edək ki, R.Axundov 2008-ci ildən “Araz-Naxçıvan” futzal klubunun prezidentidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]