ABŞ AZƏRBAYCANLILARI ERMƏNİSTANIN DİPLOMATİK NÜMAYƏNDƏLİYİ QARŞISINDA ETİRAZ AKSİYALARI KEÇİRMİŞLƏR
Vaşinqton, 27 fevral (AZƏRTAC). ABŞ-ın şərq bölgəsində hökm sürən sərt hava şəraiti ölkənin Azərbaycan və türk icmalarının üzvlərini Xocalı faciəsini anmaqdan çəkindirə bilməmişdir. Soydaşlarımız fevarlın 26-da Nyu-York şəhərində Ermənistanın diplomatik nümayəndəliyi qarşısında piket keçirmişlər. Azərbaycan Nyu-York Assosiasiyasının (ANA) üzvləri milli bayrağımızla yanaşı, Türkiyə və ABŞ-ın dövlət bayraqlarını, Xocalı faciəsi qurbanlarının şəkillərini başları üzərində tutaraq etiraz aksiyasında şüarlar səsləndirmişlər. ANA-nın sədri Əli Nəsibov demişdir ki, Xocalı qətliamını anmaq məqsədi ilə Azərbaycan və türk icmalarının üzvlərinə Nyu-Yorkdakı Ukrayna Cəmiyyətinin nümayəndələri də qoşulmuşlar.
Həmvətənlərimizin bir qrupu isə ABŞ paytaxtında yerləşən Ermənistan səfirliyi qarşısına toplaşmış, soyuq və küləkli hava şəraitinə baxmayaraq, iki saata yaxın davam edən etiraz aksiyası zamanı yerli azərbaycanlılar vətənlərinin işğalının dayandırılmasına çağıran şüarlar qaldırmış, Vaşinqton sakinlərinin diqqətini cəlb etmiş, 1992-ci ilin soyuq fevral gecəsində erməni və keçmiş SSRİ-nin 366-cı alayının silahlı qüvvələri tərəfindən qətlə yetirlən günahsız xocalılılar barədə vərəqələr paylamışlar.
ABŞ Azərbaycanlıları Şəbəkəsi ölkədə yaşayan həmvətənlərimizi səfərbər edərək “Xocalıya ədalət” kampaniyası altında müxtəlif ştatların qanunverici və icraçı hakimiyyətləri, təhsil ocaqları və kütləvi informasiya vasitələrinə Xocalı faciəsi haqqında məlumat toplusu göndərmiş, bu məlumatların bir sıra yerli qəzetlərdə çap edilməsinə nail olmuşlar.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]

