ABŞ-DA HEÇ NƏDƏN QORXMAYAN QIZCIĞAZ YAŞAYIR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərdə deyilir ki, Eşlin kimi adamlar dünyada çox azdır - 100 nəfər ola, ya olmaya. Onların da 17-si ABŞ-da yaşayır. Həkimlər bu halı anadangəlmə ağrıya davamlılıq və genetik pozuntu ilə bağlı tərləyə bilməməklə əlaqələndirirlər.
Bu, çox qorxulu xəstəlikdir, çünki ağrı orqanizmi təhlükələrdən və zədələnmələrdən qoruyan müdafiə vasitəsidir.
Eşlin beş yaşa çatanadək o qədər zədələnmişdir ki, döyüşdən çıxmış boksçuya bənzəyir. İlk dəfə o, üç yaşında ikən qaynar su çəninə toxunanda zədələnmişdir.