ABŞ Serbiya kəşfiyyatının rəhbərinə sanksiya tətbiq edib
Belqrad, 12 iyul, AZƏRTAC
ABŞ Serbiyanın Təhlükəsizlik İnformasiya Agentliyinin direktoru Aleksandar Vulini sanksiya siyahısına daxil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət idarəsi (OFAC) məlumat yayıb.
Bildirilir ki, Aleksandar Vulinə qarşı qeyri-qanuni silah alveri, narkotiklərin qanunsuz dövriyyəsi və vəzifəsindən sui-istifadə ittihamları ilə sanksiya tətbiq olunub. Serbiya kəşfiyyatının rəhbərinin transsərhəd mütəşəkkil cinayətkarlıqla məşğul olduğu da iddia edilir.
“A.Vulin öz səlahiyyətlərindən Rusiyanı dəstəkləmək üçün istifadə edib, Rusiyanın Qərbi Balkan regionunun təhlükəsizliyini, sabitliyini pozan fəaliyyətinə şərait və bu ölkənin regionda təsirini artırmaq üçün zəmin yaradıb”, - deyə məlumatda vurğulanır.
Qeyd edək ki, Aleksandar Vulin daha əvvəl Serbiyada müdafiə və daxili işlər naziri postlarını tutub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [17:27]