Ağdamda qanvermə aksiyası keçirilib
Ağdam, 11 iyul, AZƏRTAC
Ağdam Rayon İcra Hakimiyyətinin, Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Ağdam Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib. Aksiyada Ağdam Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların, eləcə də rayon ictimaiyyətinin nümayəndələri fəal iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.