Ağdamın elektrik şəbəkəsi yenidən qurulur
Bakı, 22 noyabr, AZƏRTAC
“Azərişıq” ASC bütün regionlarda olduğu kimi Ağdamın da elektrik təsərrüfatını yenidən qurur. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən rayonun bir sıra kənd və qəsəbələrində elektrik şəbəkəsi yenilənir, həmçinin şəhər ərazisində yeni güc mərkəzləri yaradılıb.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, rayonun Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərinə köç edən sakinlər üçün 0.4 kV-luq yeraltı xətlər, 35 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib, üç kənddə ümumilikdə 30 müasir tipli Transformator Məntəqəsi (TM) quraşdırılıb. Yaşayış məntəqələri SMS tipli müasir sayğaclarla təchiz olunub.
Baş Qərvənd, Güllücə, Suma, Nəmirli kəndlərinə qədər 35 kV-luq kabel hava xəttinin çəkilişi yekunlaşıb, Paylayıcı Qurğular (PQ) quraşdırılıb. Növbəti günlərdə Eyvazxanbəyli istiqamətində işlərə start veriləcək.
Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC ölkənin bütün regionlarında əsaslı təmir-bərpa və yenidənqurma işlərini davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [16:33]
Şəki-Zaqatala bölgəsi üzrə monitorinqə 7489 şagird cəlb edilib
- 05.06.2026 [14:36]
Müşfiqsevərlər Xızıda ölməz şairin xatirəsini anıblar
- 05.06.2026 [14:34]
Dövlət Xidmətinin rəisi Ağsuda vətəndaşların müraciətlərini dinləyib
- 05.06.2026 [13:50]
Türkiyənin Sinop Universiteti ADAU ilə əməkdaşlıqda maraqlıdır
- 05.06.2026 [13:42]