“AİLƏ PLANLAŞDIRILMASI-REPRODUKTİV SAĞLAMLIQ”LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ TƏLİM KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Metodistlərin Yardım üzrə Birləşmiş Komitəsi (UMCOR) “Uşaqların Xilası” və Beynəlxalq Yardım və İnkişaf (İRD) təşkilatları ilə birlikdə həyata keçirdiyi “Ailə planlaşdırılması-reproduktiv sağlamlıq” layihəsi çərçivəsində Bakının Yeni Ramana qəsəbəsindəki Gənc əlillər evində təlimlər təşkil etmişdir.
Təlimlərdən sonra Pantomim teatrının aktyorları əyləncəli proqramla çıxış etmişlər.
UMCOR təşkilatı belə təlimlərin gələcəkdə uşaq evləri və islah-əmək müəssisələrində də keçirilməsini planlaşdırır.
“Ailə planlaşdırılması-reproduktiv sağlamlıq” layihəsi Azərbaycanın 17 rayonunu əhatə edir və 2005-ci ilin iyulunda yekunlaşacaqdır.